26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Braziliyalı futbolçularla işləmək xarakterlərinə görə çətindir"

"Ayntraxt"ın məşqçilər korpusu “Xəzər Lənkəran”la oyunumuza baxmışdılar, bizimlə bir oteldə qalırdılar. Hətta məşqçilərindən biri Namiq Yusufovu görərək, tanımışdı. Demişdi ki, bu, 7 nömrənizdir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Ayntraxt"ı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis "Şaxtyor"un baş məşqçisi Mirça Luçesku ilə müqayisə olunmasına belə münasibət bildirib: "Bu fikri ilə ilk dəfədir eşidirəm. Biz hər zaman axtarışdayıq. Ancaq yeri gəlsə, braziliyalı futbolçularla işləmək xarakterlərinə görə çətindir. Mən “Şaxtyor”un, Luçeksunun yolu ilə getmirəm".

Q.Qurbanov hələlik, zədələnərə sıradan çıxan Reynaldonun əvəzinə hansı futbolçuya şans vercəyini müəyyənləşdirməyib: "Vüqar da ola bilər, Muarem Muarem də. Bu gün Muaremlə məşq etdik. Sabah Vüqarla hazırlaşacağıq. Sadəcə, Nadirovun zədədən sonra hazırlıq səviyyəsini nəzərə alırıq. Ola bilər ki, Vüqarı sonradan meydana buraxdıq, sürətindən istifadə edək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30