26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

APOEL-in müdafiəçisi: “Qələbə bizim üçün çox şirin oldu”

“Bugünkü kimi növbəti mərhələ oyunlarından da zövq alacağıq. İstər futbolçular, istərsə də rəhbərlik olsun, hamımız növbəti mərhələyə yüksələcəyimizə inanırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in müdafiəçisi Nikolas Yannu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan (2:0) sonra Kipr mətbuatına açıqlamasında deyib.

24 yaşlı futbolçu Kiprdə 1:2 uduzduqları matçdan sonra inamlarını itirmədiklərini bildirib: "Qələbə ilə bizə qarşı isti münasibət yaranacağını bilirdik. Bu qələbə bizim üçün çox şirin oldu, hər kəsi təbrik edirəm".

Qeyd edək ki, APOEL pley-off mərhələsində "Ayaks"la qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30