27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Emin Mahmudov: “Birinci oyundakından da yaxşı oynamalıyıq"

"İlk oyunda favorit sayılmamağımız bizə pis təsir etmədi. Nəyə qadir olduğumuzu və öz gücümüzü bilirdik. Bakıdakı cavab matçında da 90 dəqiqə ərzində oyuna köklənməliyik. Bilirik ki, "Arsenal" yaxşı komandadır. Onlar istənilən dəqiqədə bizə qol vura bilər. Buna görə birinci matçdakından da yaxşı oynamalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov Avropa Liqasının ikinci təsnifat mərhələsində Tula "Arsenal"ı ilə cavab oyunu öncəsi Rusiya mətbuatına deyib.

Komandanın kapitanı  "Neftçi" Rusiya çempionatında neçənci yeri tutar" sualına isə belə cavab verib: "Fikrimcə, "Neftçi" Rusiya Premyer Liqasında ikinci "səkkizlik"də olar, amma birinci "səkkizlik" uğrunda mübarizə aparar. Biz çempionatının ortabab klublarından çox geridə qalmarıq".

Qeyd edək ki,  "Neftçi" - "Arsenal" görüşü yerli vaxtla saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Bakı klubu 1:0 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30