27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Universitetya Krayova"nın çalışdırıcısı: "Bu nəticədən sonra favoritik"

"Bizim üçün çox yaxşı oyun oldu, 3 qol vurduq. Daha çox fərqlənə bilərdik. İki lazımsız qol buraxdıq". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Universitatya"nın  baş məşqçisi Korneliu Papure Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Səbail"ə qalib gəldikləri (3:2) oyundan sonra mətbuat konfransında deyib.
 
O, artıq qeydə alınan nəticədən sonra özlərini favorit adlandırıb: "26 il sonra avrokubokda qalib gəldik. Bunun uğurlu başlanğıc olacağına ümid edirəm. Səfərdə 3 qol vurmuşuq. Bu nəticədən sonra favoritik. Amma önəmli olan konsentrasiyanı saxlamaqdır. Cavab oyununda rahatlamaq olmaz. Matça baxanda kifayət qədər şanslarımız var idi. Ancaq bəzi səhvlər də oldu. Mövsümün əvvəli olduğu üçün belə səhvlər normaldır. Əsas odur ki, bunları təkrarlamayaq".
 
Baş məşqçi öz səhvləri ucbatından iki qol buraxdıqlarını da əlavə edib: "Əlbəttə, qol buraxmadan qələbə qazanmağı fikirləşirsən. Öz səhvlərimizdən rəqib 2 top vurdu. Rəqibin heyətində yaxşı oyunçular var. Xüsusən də, meydan mərkəzindəkiləri qeyd edərdim. Yevgeni Koçuk və kapitan Rahid Əmirquliyevin adlarını çəkə bilərəm. Konkret kimi öz komandama götürərdim? Bu barədə bir söz deyə bilmərəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30