4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Peşəkar Futbol Liqası 11 yaşında

Azərbaycan Peşəkar Futbol Liqasının 11 yaşı tamam olur.

Futbolxeber.az saytının məlumatına görə, Ramin Musayevin rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.

Premyer Liqa, I divizion və Azərbaycan Kubokunu təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionatına bir sıra yeniliklər gətirilib. Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, əvəzedicilərin çempionatı bərpa olunub, hər il Azərbaycan Kubkunun finalı möhtəşəm şouya çevirilir.

Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddətdə "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib.

Futbolxeber.az saytı PFL-i 11 illik yubileyi münasibəti ilə təbrik edir, qurumun bütün əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31