27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rauf Əliyev rəsmən "Neftçi"də

“Neftçi” növbəti transferini reallaşdırıb.
 
Futbolxeber.az saytının klubun saytına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu Rauf Əliyev 1 illik müqaviləyə imza atıb. 30 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 19 nömrəli formanı geyinəcək.
 
Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.
 
"Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30