26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Yurçeviç: “Nəticəni qazana bilmədiyimiz üçün məyusam”

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Macarıstana  1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Azarkeşlərimizə bugünkü gözəl dəstəyə görə təşəkkür edirəm. İlk 10-15 dəqiqədə həyəcanlı idik. Macarlar standart vəziyyətlərdən təhlükəli olurdular. Onlara da belə anlarda hədiyyə etdik. Getdikcə oyunu bərabərləşdirdik, döyüşdük. Futbolçularımızın performansı pozitiv, topa nəzarət ürəkaçan idi. Ancaq ən önəmli olan nəticəni qazana bilmədiyimiz üçün məyusam. Bu gün yeganə fərq standart vəziyyətlər idi. Xorvatiya ilə matçda da belə vəziyyətdən qol buraxmışdıq. Hesabı 1:2 etdikdən qısa müddət sonra çox tez qol buraxdıq. Bu oyunda daha artığına layiq idik.

- Geriyə ötürmələri topa nəzarət kimi nəzərdə tutursunuz?

- Bayaq da dediyim kimi, çox yaxşı mübarizə apardıq, tək fərq standart vəziyyətlər idi. Bəli, çox geri ötürmə var idi. Rəqib yaxşı pressinq etdiyindən, irəliyə oynamaq çətin olurdu.

- Rahil Məmmədov əlacsızlıqdan meydana buraxmışdınız, yoxsa alternativi yox idi?

- Bəli, bu gün bir az həyəcanlı idi. Əlindən gələni etdi, onu tənqid etmək istəmirəm. Bizim mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz də yoxdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30