27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Xorvatiyalı futbolçu "Xəzər Lənkəran"ın 0:8 hesablı məğlubiyyətini xatırladı

"Kaysar"ın yeni transferi Marin Orşuliç "Xəzər Lənkəran"ı xatırlayıb.  
 
Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı müdafiəçi 2013-cü ildə Avropa Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandasına evdə 0:8 hesabı ilə uduzduqları cavab oyununu xatırlayıb. 32 yaşlı oyunçu bildirib ki, həmin görüşdən sonra bütün legionerlərlə birgə klubu tərk ediblər: "Bu hadisə Azərbaycanda çoxdan olub. Həmin vaxt Avropa Liqasında oyunumuz var idi. Səfərdə 0:2 hesabı ilə uduzmuşduq.
 
Evdə lazımi hesabla qalib gələrək, mərhələ adlamaq üçün yaxşı imkanımız var idi. İsraildəki oyun hesaba rəğmən, bərabər keçmişdi. Evdə bir neçə top fərqi ilə qalib gələ bilərdik. Hamımız inanırdıq ki, qalib gələrək, Avroliqanın qrup mərhələsinədək irəliləyə bilərik. Lakin cavab görüşünün ilk 6 dəqiqəsi ərzində bəxtsizliyimizdən hesab 2:0 rəqibin xeyrinə oldu. Bundan sonra isə biz sadəcə, matçın yekunlaşmasını gözlədik. Çünki artıq mərhələ adlamaq üçün heç bir şansımız yox idi. Bu, həyatda bir dəfə baş verir. Oyun belədir... Oyundan sonra bütün əcnəbi futbolçular klubu tərk etdilər". 
 
Bununla belə, Orşuliç 2012-2013 mövsümünün "Xəzər Lənkəran" üçün çox yaxşı keçdiyini əlavə edib: "Biz ölkə kubokunun finalında iştirak etdik və Avropa Liqasına yüksəldik. Ona görə də həmin dövrdən yaxşı xatirələrim qalıb". 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30