27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Bakı"nın yetirməsi mövsümün rekordçusu oldu

“Sabah”ın Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirdiyi “Qarabağ”la səfər oyunu (1:1) gənc futbolçu Şakir Seyidov üçün əlamətdar olub.
 
Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmanın 80-ci dəqiqəsində Məqsəd İsayevi əvəzləyən gənc yarımmüdafiəçi, yüksək liqada ilk oyununa çıxıb.
 
Premyer Liqada 17 yaş, 10 ay, 24 günlüyündə debüt edən Şakir, çempionatın cari mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
 
Şakir Seyidov bir neçə gün öncə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan U-19 millimizin heyətində yer almışdı. Seçmə mərhələdə hər biri 90 dəqiqə olmaqla, 2 oyunda çıxış edən Şakir, yığmamızın uğurunda pay sahibi olub.
 
Qeyd edək ki, Şakir Seyidov "Bakı"nın yetirməsidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30