26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Sportinq"in prezidenti həbs edildi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya "Sportinq"inin sabiq prezidenti Brunu Karvalyu həbs olunub. 
 
Futbolxeber.az saytının məlumatına görə, 46 yaşlı klub rəhbəri bu ilin mayında azarkeşlərin komandanın bazasına etdikləri hücumun təşkilində şübhəli bilinir.
 
Karvalyu ilə yanaşı, daha 38 nəfər saxlanılıb. Bu ilin əvvəllərində "Sportinq"də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş verib.
 
Bundan sonra təxminən 50 azarkeşin komandanın məşq bazasına hücumu olub. Fanatlarla davada bəzi futbolçular xəsarət alıblar. Bu hadisədən sonra 9 oyunçu klubla müqaviləsini birtərəfli qaydada pozub.
 
Onlardan Ruy Patrisiu və Gelson Martines müvaviq olaraq, İngiltərənin "Vulverhempton" və İspaniyanın "Atletiko Madrid" klublarına transfer olunub. 
 
"Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30