27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Adeniyi: "Qarabağ"la matçda əlimizdən gələni edəcəyik ki, qalib gələk"

"Qəbələ"də göstərdiyim oyuna görə xoşbəxtəm. Artıq komandada qələbə hissi oyandığı üçün çox sevinirəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyi klubun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqasının II dövrəsinə uğurla başlayan “Qəbələ” son 3 oyunda 7 xal qazanıb. “Qırmızı-qaralar” bu matçlarda 7 qol vurub ki, bunlardan 6-sı Stiven Monroz – Ceyms Adeniyi cütlüyünün hesabındadır. Bu yay komandaya qoşulan sonuncu özünün və klubun çıxışını dəyərləndirib:
 
"İkinci dövrə yeni başlayıb. Mövsümün böyük hissəsi irəlidədir. Hələ qarşıda oyunlarımız var. İnanıram ki, birlikdə daha çox uğur qazanacağıq. Turnir cədvəlində daha yüksək pillələrə irəliləmək üçün imkanlarımız var”.
 
Uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirən Adeniyi XI turun “Qarabağ”la ev oyunu barədə də iddialı danışıb: “Ev oyunlarımız yaxşı ab-havada keçir. Azarkeş dəstəyi bizi daha yaxşı oynamağa vadar edir. Biz də bu dəstəkdən ruhlanıb yaxşı oyun nümayiş etdiririk. Növbəti turda qarşılaşacağımız “Qarabağ” güclü rəqibdir. Əlimizdən gələni edəcəyik ki, bu matçda da qalib gələk. İnanıram ki, qələbə qazanmaq üçün hər bir futbolçu bütün bacarığını ortaya qoyacaq. Hər birimiz komandaya daha çox fayda verməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30