27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Con Delarj: "Neftçi" ilə beş xallıq fərqimiz var, "Sumqayıt"la oyunu düşünürük"

"Həm Avropa Liqasında, həm də daxili çempionatda mübarizə aparırıq. Bu səbəbdən də yorğunluq olur".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın legioneri Con Delarj deyib. Konqo millisinin üzvü Premyer Liqanın 7-ci turundan təxirə salınmış "Keşlə" ilə matçdan (1:1) sonra fikirlərini bölüşüb. Delarj çempionluq yarışında heç nəyin həll olmadığını deyib: "Baş məşqçi rotasiyalar edərək, hamıya şans verir. 25 futbolçumuz var və onlardan yalnız 11-i əsas heyətdə oynayır. Çempionat mayda başa çatacaq. İndidən nəsə demək çətindi. Bu ay yaxşı performans sərgilmədik, ola bilər ki, noyabrda hər şey dəyişsin".
 
Delarj Avropa Liqasındakı şanslarından da danışıb: "Hələ çempionat oyununu düşünürük. "Sumqayıt"la oyunda 3 xal qazanmaq istəyirik. "Neftçi" ilə 5 xallıq fərqimiz var. Xal itirməməyə çalışacağıq. Sonra isə "Vorskla" barədə düşünə bilərik. Qrupda 3 oyunumuz var və 9 xal toplaya bilərik. Riyazi düşünsək, şanslar qalıb".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30