26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Maksim: "Elə epizodlar var idi ki..."

Milli komandamızın müdafiəçisi Maksim Medvedev Malta ilə Millətlər Liqasının IV tur matçından sonra jurnalistlərin suallarını cavablabdırıb. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavabladıran Medvedev yığmamızın qrupdakı şanslarını dəyərləndirib: 
 
 
- Oyun haqqında nə düşünürsüz? Bu nəticəyə üzülməliyik, ya sevinməli?
 
- Əlbəttə ki, meydana ancaq qələbə üçün çıxmışdıq. Rəqibi analiz etmişdik və onlara uyğun taktika seçmişdik. Ümumi götürsək, pis alınmırdı. Sadəcə son zərbə çatışmadı. Yaxşı vəziyyətlər əldə etdik, amma futbolda hər şey olur. Bu gün iki xal itirdik. İşimiz çətindi, amma riyazi hesabla şansımız qalır. Gələ ay iki oyunumuz var, onlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq.
 
- Digər oyunda Kosovonun xal itirməsi daha da kədərləndirmədi sizi?
 
- Xeyr. Hər şey öz yerində qaldı. Çalışacağıq ki, gələn ay Farer adaları qarşısında mütləq qələbə qazanaq, sonra isə Kosovo ilə finala bərabər görüşə çıxaq.
 
- Bu gün nə çatışmadı? Ustalıq, ya bəxt?
 
- Hər ikisi. Elə vəziyyətlər var idi ki, orda ustalıq lazım deyildi. Vururduq, qapıya düşə bilmirdik. Təcrübəli oyunçularımız var, o qədər qol imkanlarından yararlana bilmədik. Təəssüf ki, iki xal itirdik.
 
- Matça sağ cinahda başlasan da, ikinci hissədə mərkəzə keçdin. Bu dəyişikliyi necə dəyərləndirirsən?
 
- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30