27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Tiraspoldakı oyunda "Qəbələ"yə qarşı daha yaxşı oynamaq istəyirik"

“Şerif”in gənclərdən ibarət komandasının baş məşqçisi Luka Pavloviç Gənclərin Çempionlar Liqasının “Qəbələ” ilə görüşü haqda danışıb.

Futbolxeber.az saytının “Şerif”in rəsmi saytına istinadən verdiyi məlumata görə, Pavloviç ilk görüşdə Qəbələdə(1:1) qeydə alınan nəticəni şərh edib: “Qəbələni çox bəyəndim. Azərbaycan klublarının necə oynadığını əvvəldən bilirdim. Xorvatiyanın baş məşqçisi olanda da Azərbaycan komandaları ilə qarşılaşmışdım. Azərbaycan yığması ilə oynamışdım. “Qəbələ” haqda isə məlumatım az idi. Amma biz yaxşı hazırlaşıb, yaxşı futbol oynaya bildik. Nəticə ədalətli idi. Cavab qarşılaşmasında da şanslar bərabərdi. İkinci oyun Tiraspoldadı, məncə artıra biləcəyik.

İlk oyunda 15-20 dəqiqə müdafiədə diqqətli oynamağı tapşırmışdım. Konsentrasiyanı itirdik deyə, qapımızda penaltidən qol gördük. Vurduqları qol “Qəbələ”yə güc verdi. Çox güc sərf etdik, çünki bir neçə gün öncə Moldova çempionatında ağır oyun oynamışdıq. Tiraspoldakı görüşdə “Qəbələ”yə qarşı daha yaxşı oynamaq istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30