26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ayaz Quliyev: “Bibilərim həmişə mənə Azərbaycandan yeməklər göndərirlər”

"Əslim Azərbaycanın Lənkəran şəhərindən, daha dəqiq desəm, Masallı rayonunun Boradigah qəsəbəsindəndir. Atam 20 yaşında ordudan qayıtdıqdan sonra Moskvaya gəlib və burada anamla tanış olub. Əlbəttə, həmin vaxt bütün ölkədə gərgin vəziyyət hökm sürürdü. Ona görə də atam bu şəraitdə işləməli, ailəsinə baxmalı olub".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev klubun jurnalına geniş müsahibəsində deyib. Ölkəmizdə uşaq vaxtı olduğunu bildirən azərbaycanlı futbolçu sonradan bura gələ bilməməsinin səbəbini izah edib:

"Azərbaycanda kiçik yaşlarımda olmuşam. Amma sonradan atamın məzuniyyəti ilə üst-üstə düşmədiyi üçün gedə bilmədik. İndi isə əksinə, qohumlarımız bizə tez-tez gəlir".

Azərbaycan futbolundan da danışan Ayaz Lənkəranda bu idman növünün çox sevildiyini deyib: "Bizdə "Xəzər Lənkəran" klubu var idi, bir ara yaxşı maliyyə dəstəyi alırdı. Bu regionda futbolu çox sevirlər. Qohumlarım oyunlarıma baxıb, mənə azarkeşlik edirlər".

Moskva "Spartak"ının yetirməsi olan futbolçu bu komandanı atasının istəyilə seçdiyini söyləyib: "5 yaşımda "Spartak"ın akademiyasına yazılmışam. Həmin vaxt hələ qəbul yox idi. Məni bir yaş böyük qrupa verdilər. Demək olar ki, yüksək liqa komandalarının hamısında bu klubun yetirmələrinə rast gəlmək olar. Yəqin, atam bunu bildiyi üçün məni "Spartak"ın akademiyasına aparıb. Bəlkə də bu komandaya azarkeşlik etdiyi üçün belə edib. Hər şey ola bilər".

Quliyev deyir ki, futbolçu olmasaydı, təkbətək mübarizəli idman növü ilə məşğul olardı: "Bu, peşəkar səviyyədə olmaya da bilərdi. Əvvəlcədən futbolu seçdiyim üçün güləş bölmələrinə getməyə vaxtım olmurdu. Səhər dərsə, axşam isə futbol məşqlərinə gedirdim. Böyük və kiçik qardaşlarım bu idman növü ilə məşğul olduğu üçün əvvəllər tez-tez onlarla sınaq görüşləri keçirirdim. Həmin vaxt onlardan xahiş edirdim ki, ayağıma vurmasınlar, çünki futbolla məşğul oluram. Buna baxmayaraq, döyüşlərimiz ciddi olurdu. Heç kim bir-birinə güzəştə getmirdi".

Yemək və musiqi zövqlərindən də danışan Quliyev paxlava və şəkərburanı xüsusi vurğulayıb: "Hansı musiqilərə üstünlük verdiyimi deyə bilmərəm. Amma türk və çeçen mahnılarına qulaq asmağı sevirəm. Yeməklərə gəlincə, xüsusilə ət yeməklərini xoşlayıram. Amma daha çox şərq şirniyyatlarını bəyənirəm. Xüsusilə də şəkərbura və paxlavanı. Bibilərim həmişə mənə Azərbaycandan belə yeməklər göndərirlər".

Ayaz evləndikdən sonra xanımı ilə Məkkə ziyarətinə getmək istədiyini bildirib: "Dubayda və Abu-Dabidə olmuşam. Səudiyyə Ərəbistanına getmək, Məkkəni ziyarət etmək istəyirəm. Bu, hər bir müsəlman üçün vacibdir. Ora toydan sonra həyat yoldaşımla getməyi planlaşdırıram".

Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Spartak"dan "Rostov"a keçib. Rusiyanın U-21 yığmasının üzvü olan yarımmüdafiəçi əsas millimizə namizədlərdən biridir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30