26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Kamran Ağayev: "Bu məğlubiyyətə görə Azərbaycan xalqından üz istəyirəm" - MÜSAHİBƏ

“Keşlə” nin qapıçısı Kamran Ağayev "Baltsan"la matçdan  sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Futbolxeber.az həmin müsahibəni diqqətinizə çatdırır:
 
 
- “Baltsan”a qarşı bu gün yaxşı oyun sərgilədiniz. İlk oyundakı məğlubiyyətin səbəbi nə idi?
- Biz ilk oyunda çox bərbad qollar buraxdıq. Rəqibin əks hücumları təhlükəli idi. Qapıçı olsam da, topa yaxınlaşmağıma imkan vermədilər. İlk oyunda hansı səbəblərə görə məğlub olduğumuzu aydınlaşdıra bilmədik. Amma bu gün əlimizə düşən imkanlardan yararlana bilmədik. Bəlkə də, komandada yorğunluq var idi. Mübarizə aparsaq da, alınmadı.
 
- İmkanlardan yararlansaydız, hesab fərqli ola bilərdi?
- Düşünürəm ki, mərhələ keçə bilərdik. Amma gödüyünüz kimi, şansları boşa verdik. Təəssüflər olsun ki, belə alındı.
 
- Rəqib sanki Bakıya futbol oynamağa yox, yerdə sürünməyə gəlmişdi.
-“Keşlə”də oynadığıma görə demirəm. Əgər növbəti mərhələyə yüksələ bilsəydik, üçüncü mərhələ haqda da düşünə bilərdik. Amma “Baltsan” kimi komandanın avrokuboklarda oynaması yersizdir. Sadəcə, səbəbsiz məsələlərə görə məğlub olmuşuq.
 
- Son dəqiqələrdə nə baş verdi?
- Məmməd Quliyev cavandır. Mən də onun kimi səhvlər etmişəm, indi də edə bilərəm. Futbolçu robot deyil. Məmməd topu oyuna yan xəttən daxil etmək istəyirdi, amma səhvə yol verdi.
 
- Vaxt apardıqlarına görə “Baltsan”ın oyunçularına irad bildirmirdiniz. Bunun səbəbi nə idi?
- İrad bildirsəydik, nə olacaqdı? Mən də qələbələr qazananda elə etmişəm. Futboldu, bunu bəhanə etmək lazım deyil. Biz oyunu Maltada udmalı idik, amma bacarmamışdıq.
 
- Səncə, hansı komanda mərhələ keçməyə layiq idi?
- Buna siz qiymət verə bilərsiniz. Biz oyunu Maltada udmalı idik. Rəqib ilk oyundakı kimi, əks hücumlara üstünlük verirdi. Artıq nəsə danışmağa ehtiyac yoxdur. “Baltsan”ı  “Keşlə”yə rəqib görmürdüm. Əlimizdən gələni etsək də, qismət olmadı. Bu məğlubiyyətə görə Azərbaycan xalqından üz istəyirəm. Elə epizod olurdu ki, uşaqlara yalvarırdım, həvəsli olmalarını, oynamalarını istəyirdim. Mən istəyərdim ki, mərhələ keçək, lakin bacarmadıq. İnşallah, daxili çempionatda komandaların sayı çoxalar, biz də avrokuboklarda rahat mübarizə apararıq. Komandaları çoxaltmaq lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30