27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: "Cavab oyunu daha asan olacaq"

“Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir”.

Futbolxeber.az-ın “Qarabağ”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında sabah səfərdə Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun qonağı olacaq. Təcrübəli mütəxəssis oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:

“Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır”.

Qurban Qurbanov meydana sərfəli nəticə qazanmaq üçün çıxacaqlarını spyləyib: “Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.

Qeyd edək ki, “Olimpiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30