26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Hazırkı "Neftçi"ni Avroliqanın qrupuna vəsiqə qazanan komandaya bənzətdim"

“Neftçi” dünən Türkiyə toplanışı çərçivəsində ilk oyununu keçirib. “Ağ-qaralar” Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşıb. Makedonların heyətində meydana çıxanlardan biri də Azərbaycan futboluna tanış sima olub. Söhbət 4 il “Qarabağ”ın formasını geyinmiş Muarrem Muarremdən gedir. Makedoniyalı futbolçu Futbolxeber.az saytına müsahibəsində “Neftçi” ilə oyun barədə danışıb. Bununla yanaşı, sabiq komandası olan “Qarabağ”ın Çempionlar Liqasındakı şanslarını dəyərləndirib:
 
- “Neftçi”yə qarşı yoxlama görüşündə meydanı məğlub tərk etdiniz. Matçla bağlı nə deyə bilərsən?
- Çox maraqlı oyun alındı. Həm biz, həm də rəqib yaxşı oynamağa çalışdı. Sonda qalib gələn “Neftçi” oldu.
 
- Rəqibin oyununu bəyəndin?
- “Neftçi”nin çox yaxşı komanda qurduğunu gördüm. “Neftçi” həqiqətən də ciddi komandadı. İlk dəfə Avropaliqanın qrupuna vəsiqə qazanan “Neftçi”yə bənzətdim. 
 
- “Neftçi” avrokuboklarda çıxış edəcək. Səncə, uğurlu nəticə qazana bilər?
- Məncə, “Neftçi” qarşıdakı mövsüm üçün həm Azərbaycan çempionatında, həm də avrokuboklarda uğurlu nəticələr qazanacaq. 
 
- Yeni futbolçularla yanaşı, komandanı yeni baş məşqçiyə tapşırıblar. İtaliyalı məşqçinin dəsti-xətti hiss olunurdu?
- Yeni baş məşqçi qısa zamanda bu komandanı qurubsa, demək ki, işini çox yaxşı bilən məşqçidi. “Neftçi”yə həm avrokuboklarda, həm də Azərbaycan çempionatında uğurlar arzu edirəm.
 
- Sən Azərbaycanda oynadığın dönəmdəki “Neftçi”ni daha güclü hesab edirsən, yoxsa indikini?
- İlk dəfə Azərbaycana gəldiyim zamandakı “Neftçi”yə bənzətdim. O vaxtı “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı il idi. Bu mövsümdə də uğurlu olacaqlarını düşünürəm.
 
- Danışığından belə başa düşmək olar ki, “Neftçi”nin qarşıdakı mövsüm “Qarabağ”la çempionluq mübarizəsi aparacağını deyirsən...
- Bəli, “Neftçi” bu kollektivlə gələn mövsüm Azərbaycan çempionatında favoritlərdən biridi.
 
- Sabiq komandan olan “Qarabağ”da isə ayrılıqlar yaşandı. Əsasən İbrahim Şehiç və Riçard Almeydanın gedişi çox danışıldı. Səncə, onlarsız “Qarabağ” üçün çətin olacaq?
- Bu xəbərə mən də çox üzüldüm. Çünki “Qarabağ” üçün iki önəmli oyunçu idi. Ancaq hər kəsin planları var və bu qərarlara hörmətlə yanaşmaq lazımdı. Üstəlik, o cür mövsümdən sonra hər oyunçu özünü daha güclü liqada sınamaq istəyər. Onlar da elə düşünüblər. Təbii ki, “Qarabağ” çətinlik çəkməyəcək. Qurban Qurbanov nəyi necə etmək lazım olduğunu çox yaxşı bilir. Qaldıqları yerdən çətinlik çəkmədən davam edəcəklərinə əminəm. “Qarabağ”a da ürəkdən uğurlar arzulayıram.
 
- “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Olimpiya” ilə qarşılaşacaq. Necə düşünürsən, Ağdam təmsilçisi Sloveniya klubunu keçə biləcək?
- “Olimpiya” çətin komandadı. Ancaq “Qarabağ” bundan da çətin komandalarla oynayıb. “Qarabağ”da çox təcrübəli oyunçular var. Onlar turu keçmək üçün necə oynamaq lazım olduğunu yaxşı bilirlər. “Qarabağ”ın yenidən ÇL-in qrupunda oynayacağını düşünürəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30