26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ruslan Qurbanov: "Latviya ilə oyunun hesabı nəyə görə gözlənilməz olsun ki?”

"Latviyaya qarşı görüş bizim üçün uğurlu alındı. Şadam ki, toplanışı uğurla başa vura bildik". Bu sözləri Futbolxeber.az saytına açıqlamasında milli komandamızın forvardı Ruslan Qurbanov deyib.

Qurbanov, Latviya ilə görüşdə qeydə alınan nəticənin gözlənilməz olmadığını söyləyib. Onun fikirlərinə görə, daha böyükhesabla qalib gələ bilərdik: "Nəyə görə hesab gözlənilməz olsun ki? Biz Latviyaya hələ daha çox qol vura bilərdik. Sadəcə bir az bəxtimiz gətirmədi. İndiki zamanda futbolda zəif komanda yoxdu. Hamı futbol oynamağı öyrənib. Həm müdafiədə, həm də hücumda oynaya bilirlər. Latviya da yaxşı komandadı, sadəcə həmin gün bizim günümüz idi və daha çox qalib gəlmək istəyirdik".

Yığmamızın hücumçusu Latviya üzərindəki qələbəni Kosova ilə matçda da təkrarlamaq istədiklərini bildirib: "Hər şey mümkündü. Amma həmin oyuna qədər hələ çox vaxt var. Məncə, Kosova yığması Latviyadan daha güclüdü".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30