27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ” - “Qarabağ” oyununun yeri və vaxtı dəyişdirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində “Qəbələ” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişdirilib.

Bu barədə “Report”a "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib. Görüş isə Qəbələdə yox, Bakıda olacaq. Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.

F.Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) oyunun Bakıda keçirilməsinə dair müraciətini müsbət cavablandırdıqlarını diqqətə çatdırıb: "Biz baş məşqçi və klub prezidenti ilə danışdıq, məsləhətləşdik. PFL də bizə müraciət etdi. Nəticədə razılığa gəldik. Həmin matç mayın 21-də Bakıda keçiriləcək. "Qarabağ" və "Qəbələ" klublarının mükafatlarını eyni vaxtda alması üçün bu addım atılıb".

“Qarabağ” qızıl, “Qəbələ” isə gümüş medalı təmin etsə də, “bürüncü”n sahibi son turda bəlli olacaq. Üçüncü yerin sahibinin mükafatlandırmada işirakı üçün “Qəbələ” - “Qarabağ” görüşü turun digər görüşləri ilə eyni gündə deyil, ertəsi baş tutacaq. Hələlik oyunun keçiriləcəyi stadion müəyyənləşməyib.

Qeyd edək ki, bürünc medallara “Neftçi”, “Zirə” və “Sumqayıt” iddialıdır. “Ağ-qaralar” son turda “Kəpəz”in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30