27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Futbolçularımızda özlərinəinam çatmadı"

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XIX turunda "Qəbələ"yə evdə 0:1 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. 
 
- İlk növbədə "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Əfsuslar olsun ki, bu gün uduzduq, yenə 0:1 hesabıyla. Səhvlərimiz oldu. Futbol bunsuz olmur. Ancaq komandamdan razı qaldı. Futbolçular yaxşı mübarizə apardılar. Sadəcə, rəqibin futbolçularında fərdi ustalıq səviyyəsi yüksək idi ki, bu da öz sözünü dedi. Komandamızda təcrübəsizlik özünü göstərdi.  
 
- Bu gün komandada nə çatmadı?
 
- "Qəbələ" son iki oyunda uduzduğundan, bu gün qalib gəlmək istəyirdi. Futbolçularımızda özlərinə inam çatmadı. Bu da təcrübəsizlikdən irəli gəlir. 
 
-  Aparıcı futbolçularınız zəif təsir bağışladı. Tərzin Cahangirovla Samir Zərgərovu əvəzləməyə məcbur oldunuz...
 
- Futbolçularımızı seçməz istəməzdim kİ, kimlər zəif oynadı, kimlər yaxşı oynadı. Bu gün komanda uduzdu. Ümumilikdə, səhvlərimiz oldu. Xüsusilə də orta xətdə. Fasilədə tapşırıqlar verdim. Bu, ikinci hissədə oyunumuza təsir göstərdi. 
 
- Sizcə, buraxılan qolda ukraynalı qapıçınız Gennadi Litovçenkonun səhvi oldu?
 
- Həmin epizoda baxmaq lazımdı ki, qolda kimin səhvi oldu. Bundan sonar dəqiq fikir söylkəmək olar. Ancaq inanmıram ki, qapıçımızın səhvi olsun. 
 
- İlk əvəzləmədə Tərzini oyundan çıcxardınız. Ancaq Samir Zərfərovu gözləmək olardı. Çünçki onun çatdırmağı aşkar görünürdü. Yaş da öz sözünü deyir...
 
- Yaşla əlaqələndirməzdim. Sadəcə, Samir hücumameyli oyunçumuzdu. Bizdə isə orta sahədə müdafiə planında çatışmazlıqlar olduğunundan bunu aradan qaldırmalı idi. Ona gğörə də yarımmüdafiənin mərkəzini güclədnirmək məqsədilə Dieqo Qusmaonu meydana buraxdım. 
 
- 21 yaş limiitnə görə Roman Hüseynovu oynatdınız. Məlumdu ki, o, müqaviləylə "Qəbələ"nin futbolçusudu, "Kəpəz"də icarəd oynayır. Düşünmürsünüz ki, Romanın yerinə İlyas Səfərzadə olsaydı, oyununuz daha yaxşı olardı?
 
- Yox. Hər futbolçunun öz keyfiyyətləri var. Sizə deyim ki, Roman pis təsir bağışlamadı.
 
 

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30