Ölkə futbolu
Elxan Məmmədov: “Bu virus özünü Premyer Liqada da büruzə verməyə başladı”
İdman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı son günlər baş verən proseslər barədə AFFA-nın baş katibi Elxan Məmmədov affa.az-a açıqlama verib.
Futbolxeber.az saytının məlumatına görə, o, araşdırmaların davam etdiyini bildirib:
“Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir. Əlbəttə, bu proseslərdə təəssüfləndiyimiz məqamlar bir xeyli olsa da, futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir.
Dünyanın müxtəlif yerlərində idman oyunlarının nəticəsinin manipulyasiyası cəhdlərinə rast gəlinir. Bəzi futbol federasiyaları bununla çox ciddi şəkildə mübarizə aparsa da, müəyyən federasiyalarda aktivlik yüksək səviyyədə olmur. Düşünürəm ki, biz bu neqativ halla çox ciddi şəkildə mübarizə aparmalıyıq və aparırıq. Bu səhədə mütəmadi qaydada UEFA ilə sıx əməkdaşlıq edirik. Oyunların nəticəsinin manipulyasiyası cəhdlərinin yolverilməz olduğunu, AFFA-nın buna qarşı ciddi mübarizə apardığını dəfələrlə assosiasiya rəhbərliyi müxtəlif tədbirlərdə, müxtəlif tribunalarda səsləndirib. AFFA-nın son Konfransında bu məsələ ilə bağlı ictimaiyyətə təfsilatlı təqdimat nümayiş olunub, bütün detallar izah olunub. Müxtəlif maarifləndirici tədbirlər keçirilib. Bu ilin noyabrında AFFA-nın inzibati binasında təşkil olunmuş növbəti tədbirdə prokurorluq təmsilçisi çıxış edərək idman oyunlarının nəticələrinin manipulyasiyasının cinayət tərkibli əməl olduğunu bir daha xüsusui vurğulayıb. Yeri gəlmişkən, bu məsələyə həssas yanaşdığı üçün hökumətimizə minnətdarlığımı bildirirəm. Çox qısa zaman ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə əlavə edildi.
Bildiyiniz kimi, ötən mövsüm də bu məsələ çox ciddi şəkildə diqqət mərkəzində saxlanılırdı. Birinci Divizionda çıxış edən bir neçə klub, futbolçular, inzibati heyətin üzvləri, hakim sərt şəkildə cəzalandı. Təəssüf ki, bu virus cari mövsümdə özünü Premyer Liqada da büruzə verməyə başladı. İctimaiyyət məlumatlıdır ki, AFFA-nın İntizam Komitəsi iki futbolçu və bir məşqçi barədə çox qəti və kəskin qərar qəbul edib, onlara futbol məşğuliyyəti qadağan olunub. Yeri gəlmişkən, 2016-cı ildə AFFA-nın təşəbbüsü ilə futbol klublarının bütün üzvləri idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak etməyəcəyi və bununla bağlı məlumatı olarsa, müvafiq instansiyaları məlumatlandıracağı ilə əlaqədar öhdəliklərin yer aldığı bəyannaməyə imza atıblar. İntizam Komitəsinin sanksiya tətbiq etdiyi şəxslər də həmin bəyannaməni imzalamışdılar.
Qeyd etdiyim kimi, artıq cəzalar var, amma hər şey bununla bitmir. AFFA-nın və məndə olan məlumata görə, hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər - klub idarəçiləri, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına öz yardımını göstərir, bizimlə sıx əməkdaşlıq edir. Fürsətdən istifadə edib həm hüquq-mühafizə orqanlarına, həm də bizim əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Növbəti dəfə bildirirəm ki, AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini çox kəskin şəkildə pisləyir və Azərbaycan futbolundan bu virusun kökünün kəsilməsi üçün mübarizəni davam etdirəcək”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO