27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Zaur Axundov: “Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir”

“Nizami Hacıyev və Mirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri "Keşlə"nin prezidenti Zaur Axundov komandanın futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması xəbərlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, sözügedən futbolçuların günahları sübuta yetirilsə, cəzalanacaqlar: " Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.

Əlavə edək ki, sözügedən oyunçular Topaz Premyer Liqanın 8-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matçda şübhəli bilinirlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30