27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Özü də əsəbiləşmişdi”

“Futbolçularımı təbrik edirəm. Komandada bir qədər həyəcan var idi. Çünki bu gün meydana çıxan futbolçuların bəziləri çoxdandı oynamırdılar. Rəqibi də təbrik edirəm. Bu gün sübut etdilər ki, birinci divizionda lider olmağa layiqdilər. Bu komandanın özünəməxsus oyunu var”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- Ehtiyat oyunçular skamyasında cəmi 4 futbolçu var idi. Bu, nə ilə bağlı idi?

- İki gün öncə oyun keçirmişdik. “Zirə” ilə oyun ağır keçmişdik. Buna görə, bəzi oyunçulara istirahət vermək qərarına gəldim.

- Ramil Şeydayevin oyunundan razı qaldız? Bu gün çox mübarizə aparırdı, istəkli idi, lakin nə isə çatışmırdı.

- Onda təkcə qol çatışmadı. Çox istəkli idi. Bir dəqiqə də olsun meydanda dayanmadı. Çox işlədi. Sadəcə, bəxti gətirmədi. Buna görə, özü də əsəbiləşmişdi. Onun oyunundan razı qaldım. Belə də davam etməlidi. Ümumiyyətlə, oyunçularımın hamısından razı qaldım. Düzdü, təcrübə cəhətdən çatışmazlıq var. Ancaq fikrimcə, vaxt keçdikcə, bu da öz qaydasına düşəcək.

- Ukrayna mətbuatında Anton Kanibolotskinin qışda komandadan ayrılacağı barədə xəbərlər yer alıb...

- Kanibolotskinin az şans qazanması limitlə bağlıdı. Mənim Antonla bağlı heç bir narazılığım yoxdu. Ukrayna mətbuatında onunla bağlı nə yazıldığından xəbərim yoxdu.

- Fiziki məşqçiniz Ruben Sellesin komandadan ayrılıb, Danimarka getməsi barədə nə deyə bilərsiz?

- O, ayrılmaq istədiyini dedi. Mən də razılaşdım. Düzü, qışda ayrılmasını planlaşdırırdıq. Ancaq getmək istədiyinə görə, daha tez yollarımızı ayırdıq. “Roma” ilə oyunda komanda ilə olmayacaq.

- Onun yerinə məşqçi axtarışlarına başlamısız?

- Bu işlərlə qış fasiləsində maraqlanacağıq. Hələ ki, bu barədə düşünmürük.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30