27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elmar Məmmədyarov: “Qarabağ" çox yaxşı oynadı”

“Qarabağ” çox yaxşı oynadı. Mən komandamızın oyunundan razıyam. Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə,  bu sözləri Azərbaycanın xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü  Elmar Məmmədyarov Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" - "Çelsi" oyunu (0:4) haqda fikirlərini jurnalistlərə bildirərkən deyib.

20-ci dəqiqənin oyunun qırılma nöqtəsi olduğunu söyləyən nazir onu da qeyd edib ki, “Qarabağ”ın futbolçularına ardıcıl 3 matça verilən qırmızı vərəqə məqsədli şəkildə deyil: “Deməzdim ki, “Qarabağ”ın futbolçularına məqsədli şəkildə qırmızı vərəqə verilir. Ardıcıl 3 oyunda verilən qırmızı vərəqə bizi də məcbur edir ki, məsələyə diqqətlə yanaşaq”.

E.Məmmədyarovun sözlərinə görə, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır: “Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30