26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Stratfor” “Qarabağ”dan yazdı

ABŞ-ın tez-tez “kölgə MİK-si” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.
 
Futbolxeber.az saytının məlumatına görə, məqalədə deyilir ki, Çempionlar Liqasının gözəlliklərindən biri də ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq oynamaq imkanına malik olmasıdı: “Lakin bəzən Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə anlaya bilmirlər ki, bu nə klubdu və haradan gəlib. Bu il Azərbaycan çempionu “Qarabağ” həmin klublardandı. Sentyabrın 27-də “Qarabağ” öz meydanında əfsanəvi “Roma”nı qəbul etdi. 1:2 hesabı ilə məğlub olan 10 milyon nəfərlik ölkənin komandası öz azarkeşlərinin gözləri önündə az qala uğura imza atacaqdı. Lakin bu klubun qeyri-adi tarixi müasir idmanın təşviqat gücünün bariz nümunəsidi”.
 
Daha sonra Amerika nəşri “Qarabağ”ın azərbaycanlı azarkeşlərə yaxşı tanış olan tarixini və Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, Ağdamın işğal edilməsini çatdırır:
 
“Klub 2001-ci ildə xilas edildi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin köməyi ilə “Qarabağ”ın sponsoru “Azərsun” şirkəti oldu. Hazırkı prezident idman dünyasının geosiyasətlə və iri büdcəli sərmayələrlə bağlılığını çoxdan qəbul edib. Bundan başqa, İlham Əliyev 1997-ci ildən ölkənin Milli Olimpiya Komitəsinin rəhbəridi. Onun ən böyük nailiyyətlərindən biri 2020-ci ilin futbol üzrə Asvropa çempionatının bir neçə oyununun Bakıda keçirilməsinə nail olmalarıdı.
 
“Azərsun”un maliyyə dəstəyi və İlham Əliyevin xeyir-duası ilə “Qarabağ” Azərbaycanın əsas futbol klubuna çevrilib. Komandanın Çempionlar Liqasının qrup mərhələsini keçməsinə çox az ümid olsa da, turnirdə iştirak Azərbaycan hökumətinin böyük qələbəsidi. Bütün dünyada on milyonlarla azarkeş Çempionlar Liqasını izləyərək, Qarabağı Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələndirirlər. Ermənilərin məyusluğu isə anlaşılandı: Ermənistanın milli çempionatı Azərbaycandakına nisbətən çox kasıbdı. Regionun tanınmamış statusu isə onun komandalarına UEFA yarışlarında iştirak etməyə imkan vermir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30