27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Azad Rəhimov: “Gözləməzdik ki, “Qarabağ” “Roma”nı belə sıxar” ÖZƏL

Gənclər və İdman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Roma” (1:2) oyunu haqda danışıb.

Futbolxeber.az saytına özəl açıqlamasında nazir Ağdam klubunun oyunundan razılığını ifadə edib:   

“Komandamızın oyununu böyük qürur hiss ilə izlədik. Gözləməzdik ki, “Qarabağ” dünyaca məşhur İtaliya klubu “Roma”nı qapısına doğru belə sıxar. “Qarabağ” gündən-günə inkişaf edir. Bu, təmsilçimiz üçün böyük təcrübədir. İnanırıq ki, gələcəkdə də “Qarabağ” azarkeşləri öz inamlı oyunu ilə sevindirəcək”.

Azad Rəhimov Bakı Olimpiya Stadionunun 2019-cu ildə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etməsinə də münasibət bildirib:

“Azərbaycan daim mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. UEFA da məhz bu səbəbdən Bakıya etimad edib. İnanıram ki, bu cür möhtəşəm oyunun da öhdəsindən yüksək səviyyədə gələcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30