27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qarabağ"ın uğuru milliyə müsbət təsir edib"

"Norveçdən yaxşı nəticə ilə dönmək istəyirik. Komanda olaraq buna köklənmişik”.
 
Futbolxeber.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov Osloda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup oyunu barədə danışarkən deyib.
 
"Qəbələ” komandasının 29 yaşlı kapitanı Azərbaycan millsinin seçmə qrup mərhələsinin ilk oyunlarında Norveç və San Marino yığmalarını məğlub etməsinə diqqət çəkib. Hüseynov bu dəfə qalib gəlməyə çalışacaqlarını söyləyib: "Norveçdən sonra Bakıda San Marinonu qəbul edəcəyik. Hər iki görüşdə bacarığımızı ortaya qoyacağıq. Bu komandaları ilk matçlarda məğlub etmişik. Həmin uğuru təkrarlamağa çalışacağıq. "Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi də milliyə müsbət təsir edir. Hamımız sevinirik. Norveçdə ancaq qələbə üçün meydana çıxacağıq. Amma hansı nəticə ilə qayıdacağımızı demək çətindir”.
 
Qeyd edək ki, Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Ullevaal stadionunda arşılaşacaq.

report


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30