27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rəşad Sadıqov: “...görəsən bu qələbədən sonra cənab Prezidentin diqqətini cəlb edə bildikmi?”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçı İlham Əliyevə minnətdarlıq edib.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, ölkə prezidenti bu gün Çempionlar Liqasının qrup mərhələsinə adlayan “Qarabağ”ın üzvlərini qəbul edib.

Görüş zamanı çıxış edən təcrübəli futbolçu deyib:

“Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Mən daim futbolçuların içərisindəyəm. Burada millimizin də üzvləri çoxdur. Amma bir çox hissəsi burada deyil. Biz futbolçular göstərdiyiniz diqqətə, qayğıya görə Sizə minnətdarlığımızı bildirmək istəyirik. Biz bu diqqət və qayğını daim hiss edirik. O qədər olur, oyundan qayıdanda aramızda söhbət edirik ki, görəsən bu qələbədən sonra cənab Prezidentin dıqqətini cəlb edə bildikmi? Sizinlə görüşmək bizim üçün bir stimuldur. Çox sağ olun ki, bizi qəbul etdiniz”.

“İnter”ə məğlub olandan sonra Sizin bizi qəbul etməyiniz həqiqətən də bizim üçün bir stimul idi. Biz o təcrübə ilə, belə məğlubiyyətlə ilk dəfə idi qarşılaşırdıq, bir növ sınmışdıq. Amma Sizinlə görüş bizim üçün böyük ruh yüksəkliyi oldu və qayıtdıq, üç gün sonra çempionatda vacib oyunda qələbə qazandıq, həmin il yenə çempion olduq, Avroliqa qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan addımlardan biri oldu.

Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikrimi sözlərlə tam çatdıra bilmirəm. Təşəkkür edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30