26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Milliyə dəvət alan Təmkin Xəlilzadə: Bu, yolun başlanğıcıdı

“Milliyə çağırılacağımı gözləyirdim. Şükürlər olsun ki, istəyimə çatdım”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Təmkin Xəlilzadə deyib.

Millinin baş məşqçisi Robert Prosineçkinin DÇ-2018-in seçmə mərhələsində Norveç və San-Marino ilə oyunlar üçün açıqladığı heyətdə Xəlilzadə də yer alıb. Müdafiə, həmçinin yarımmüdafiədə oynamağı bacaran futbolçu yığmada debüt etmək şansı qazanıb.

Bununla bağlı fikirlərini bildirən Təmkin millidə möhkənlənmək istədiyini gizlətməyib: “Yığmaya çağırılmağı qarşıma məqsəd qoymuşdum. Buna görə də, dəvəti gözləyirdim. Yəqin ki, milliyə dəvət almağımda son turda çıxışım da rol oynayıb. Amma dəvəti təkcə bununla da bağlamazdım. Millinin məşqçiləri əvvəlki oyunlarımı da izləyib. Avrokubok görüşlərində də əsas heyətdə yer alırdım. Demək olar ki, bütün matçlarda iştirak etmişdim. Millidə möhkəmlənmək məsələsi özümdən asılıdı. Yığmaya çağırıldım, amma bununla iş bitmir. Bu, yolun başlanğıcıdı. Əsas odu ki, dəvət ediblər. Qalanı birinci Allahdan, ikinci özümdən asılıdı”.

Qeyd edək ki, yığmamız Norveçlə sentyabrın 1-də səfərdə, San-Marino ilə ayın 4-də Bakıda üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30