27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ayxan Abbasov: “Son nöqtəni qoya bilmədik”

"Belə oyundan sonra danışmaq çətindir. Bilirdik ki, matç çətin keçəcək. Rəqibin üstünlüyü var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsinin “Astra” ilə cavab oyunundan (0:0) sonra deyib.

- Bizə qol lazım idi. Yaxşı imkanlarımız olsa da, yararlana bilmədik. Turnir bizim üçün bitdi. Düşünürəm ki, futbolçularım əzmkarlıq göstərdi. Bu turnir bizim üçün əlavə təcrübə idi. Bundan sonra da inkişaf edəcəyik. Bu oyunu unudub çempionata hazırlaşmalıyıq. Çünki çox çətin keçəcəyini bilirəm.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Hakimlər barədə danışmaq istəmirəm. Özünüz də yaxşı gördünüz ki, rəqib tempi salırdı, qapıçıları oyuna gec başlayırdı. Ümumi demək istəyirəm ki, bizim hakimlərə şükr etməliyik. Düzdü, hakim ciddi səhv etmədi, biz erkən qol vurmalı idik. İnanmıram ki, hakim bizə qarşı qərəzli olsun.

- Komandanız cinahlardan zəif təsir bağışlayırdı. Bu, nə ilə bağlı idi?

- Sizinlə razı deyiləm. Oyunumuzu cinahlardan qurmuşduq və düşünürəm ki, oyunumuz yaxşı alındı. Məncə, cinah ötürmələri yaxşı alındı, amma son nöqtəni qoya bilmədik. Ümid edirəm ki, çempionata qədər hazır vəziyyətdə olacağıq.

- İlk hissə ilə müqayisədə ikinci hissədə aşağı tempdə oynamağınız nə ilə bağlı idi?

- Bu, normaldı. Bilirdik ki, ikinci hissədə eyni tempi davam etdirə bilməyəcəyiik. Rəqib də müdafiədə oturmuşdu. Ona görə istəyirdik ki, erkən qol vuraq, rəqib müdafiədə oturmasın. Ancaq bu alınmadığından, fasilədən sonra işimiz daha çətin oldu. Hava da istidi, futbolçular yorulur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30