Ölkə futbolu
AFFA-dakı "soyuq müharibə" yeni mərhələdə (YAZI)
Dünən AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"da məqaləsi dərc olunub. "Bu qədər idman KİV-i yox, niyə məhz "Report"?" sualına cavabı müvəqqəti təxirə salıb, keçək məsələnin problematikasına.
Məmmədov məqaləsində videotəkrarın tətbiqini təqdir edir, Azərbaycanda da bunun vacibliyini qabardır. Sitat: "Əminəm ki, Azərbaycan futbol ictimaiyyətində təbii olaraq belə bir sual ortaya çıxacaq ki, niyə Premyer Liqamızda VAR sistemi test olaraq tətbiq edilməsin?! Bu sistemin tətbiqi üçün əlavə maliyyə mənbəyinə və mütəxəssislərə ehtiyac var".
OK, pakizə!
İcazənizlə, yaxın və uzaq keçmişə lakonik ekskurs edək. Martda AFFA-nın Hesabat Konfransında Elxan Məmmədova belə bir sual verilmişdi: "UEFA İcraiyyə Komitəsinin İdarə Heyətinə seçkidə iştirak edəcəksiniz, ancaq platformanız hələ Azərbaycan ictimaiyyətinə bəlli deyil". Cavabında bildirmişdi ki, "Ehtiyac varsa, platformanı mətbuatda dərc edəcəyik".
Yəni məqalə yazmaq, planlarını mətbuatda dərc etdirməyə özünün dediyi kimi, skeptik yanaşan Elxan bəyin videotəkrar mövzusunda hövlnak, təxirəsalınmaz davranmasının səbəbi görəsən nədi?
Bilirsiniz ki, son ərəfələr mediada Elxan Məmmədovun yarıtmaz fəaliyyətinə həsr olunan ən müxtəlif ifşalar yazılır. Belədə hədəfə gələn baş katibin özünü təmkinli, soyuqqanlı, laqeyd obrazına sadiq qala bilmədiyi bəzi detallarda aşkar büruzə verir. Məsələn, elə bugünlərdə əlamətdar canfəşanlıqla bildirib ki, haqqımda yazılanlar hardansa sifariş olunur.
Bu məqam onun ətrafına güvənmədiyini, informasiya mənbələrinin hazırlıqlı olmadığını aşkara çıxarır. Ona görə də təyini yanlış olan diaqnozlar qoymaqla büründüyü narahatlığı daha da dərinləşdirmiş olur.
Məmmədovun sonuncu dəfə məqalə yazdığını kim xatırlayır?
Yaddaşımın "arxiv idarəsini" hərəkətə gətirsəm də nəticə hasil olmadı. Siz bilirsinizsə, açın, baxın. Görün nədən yazıb/yazıbsa, son məqaləsindəkitək narahatlıq olubmu əvvəlkilərdə...
İyunun 2-də "İdman Azərbaycan"da qonaq olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev videotəkrarın lehinə olmadığını bildirmişdi. Ondan bir müddət sonra "sport24"ə müsahibəsində də mövzu haqda neqativ danışmışdı. Sitat: “Zirə” - “Differdanj” oyunun rusiyalı qadın komissarı mənə sual verdi ki, videotəkrara münasibətin necədi? Dedim, mənfi. Çünki belədə, futbolun marağı itir. Güləşdə balışı atırlar ortalığa və hamı cavab gözləyir".
...Və Məmmədovun məqaləsi. İndi aydın olurmu?
Baş katib düşünür ki, Ramin Musayev onun qol-qanad açması, futbol industriyasını tamamilə inhisarına almasına mane ola biləcək ən böyük qüvvədir, ona görə də yüzildənbir məqalə yazan qəhrəmanımız Musayevə birbaşa əks mövqedə olan fikirləri məqaləsində tezis kimi təqdim edir. Özü də "Report"da - Rövnəq Abdullayevin himayəsində olan saytda.
"Soyuq müharibə" başqa fazada davam edir və yeni sürət yığıb. "Belə asanlıqla bu nəticəyə gəldiniz?" deyə məqaləni oxuyarkən sizdə sual yarandısa, son prosesləri diqqətinizə ərz edək. PFL-in büdcəsi, təxminən, ikiqat azaldılıb. Və bu, Elxan Məmmədovun təşəbbüsü ilə baş verib. Məlumatın səhihliyi və proseslərin hansı nəticələrə səbəb olduğunu uzaq olmayan gələcəkdə görəcəksiniz. Tərəflər arasında pərdələnmiş çəkişmə hansı fəsadlara/itkilərə yol açacaq - izləyirik...
Futbolpress.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO