27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"İnter" rəsmisi stadion dəyişmələrinin səbəbini açıqladı

"İnter" Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Serbiyanın "Mladost" klubunu qəbul edəcək stadion dəqiqləşib. Futbolxeber.az-ın məlumatına görə, klubun icraçı-direktoru Rəmiş Malıyev Sport24.az-a açıqlamasında iyulun 6-dakı evdəki cavab matçını "Dalğa Arena"da keçirəcəklərini bildirib.
 
"İnter" turnir üçün "Bakcell Arena"nı da sifariş etsə də, sonda Mərdəkandakı stadionu sçeib: "Bildiyiniz kimi, UEFA-ya 2 stadion sifariş vermişdik. Onsuz da, "Dalğa Arena"nı əsas, "Bakcell Arena"nı ehtiyat stadion göstərmişdik. Sonda qərara gəldik ki, elə əsas göstərdiyimiz arenada oynayaq. Əvvəla, Mərdəkanda baza var. Bu, AFFA-nn Futbol mərkəzində milli komandalar üçün üçün təim-məşq bazasıdı. Komandamızın "Mladost"la cavab matçına həmin bazada yığışaraq hazırlıq keçməsi mümkündü. Digər tərəfdən, yayda havalar istidi və Mərdəkanda, dəniz kənarda sərin havada oynamaq daha münasibdi".
 
Məlum olduğu ki, Mərdəkana yolun uzaq olması üzündən "Dalğa Arena"da oyunlar zamanı azarkeş qıtlığı yaranır. "İnter" rəsmisi bunun yaranmaması üçün həmin vaxtda bacardıqları hər şeyi edəcəklərini söyləyib.
 
Xatırladaq ki, Avropa Liqasının I təsnifat mərhələsində digər təmsilçimiz olan "Zirə" də "Dalğa Arena"da oynayacaq. Ancaq püşkə görə zirəlilər Lüksemburqun "Differdanj" klubu ilə ilk oyunda - iyunun 29-da meydan sahibi olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30