26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ” “Axmat”a məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Roman Qriqorçukun komandası Rusiya təmsilçisi “Axmat”la (keçmiş “Terek”) qarşılaşıb.

“Qəbələ” meydana aşağıdakı start heyəti ilə çıxıb:

Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo

İkinci hissədə “Qırmızı-qaralar”ın heyətində Dmitri Bezotosnını Aqil Məmmədov, Ülvi İbazadəni isə Yusif Nəbiyev əvəzləyib.

Görüş “Qəbələ”nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın taleyini həll edəan yeganə qolu 49-cu dəqiqədə Zaur Sadayev vurub.

Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

“Qırmızı-qaralar” iyunun 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.




Ad: Leo Messi;   E-mail: Leo [email protected]

17.06.2017 00:30

1:0 agir Meglubiyeti.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30