26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qəbələ" rəsmisi: "Daha baxış yox, birbaşa müqavilə olacaq"

"Transfer işləri ağır gedir. Hələlik sakitçilikdi. Bugünədək bir legionerlə müqavilə bağlamamışıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. 
 
Avstriyada toplanış keçən "Qəbələ”nin düşərgəsinə 2 yeni futbolçu baxışa çağırdığını xəbər vermişdik. Bunlardan biri zambiyalı hücumçu Emmanuel Mayuka, digəri isə qanalı dayaq yarımmüdafiəçisi Desmond Asaredi. Baş məşqçi Roman Qriqorçuk afrikalılarla bağlı yekun qərarını “Axmat”la qarşılaşmadan sonra verəcək.
 
Ukraynalı mütəxəssis "qara qitə"dən daha bir futbolçuya dəvət göndərib. Klub rəsmiləri onun istəyi üzərinə Daniel Etor Essyeni yoxlanışa çağırıb. 24 yaşlı hücumçu Nigeriyadandı. "Supreme Kurt"un yetirməsi indiyədək ölkəsindən kənara çıxmayıb. 2013-cü ildən "Enyimba"nin şərəfini qoruyan forvard Nigeriyanın 17, 20 və 23 yaşlılardan ibarət yığmalarının şərəfini qoruyub.
 
Z.Əzizovu dinləyək: "Emmanuel Mayuka baxışa gəlmir. O, sadəcə, "Qəbələ" təklif olunub. Mayuka bizə bir o qədər də maraqı deyil. Biz ona görə təklif göndərməmişik. Desmond Asare hələlik baxışdadı. Baş məşqçimiz qanalıya "Axmat"la oyunda baxacaq. Bundan sonra baxışa futbolçu gəlməyəcək. Olsa, yəqin ki, birbaşa müqaviləyə olacaq".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30