27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Makkabi" - "Xəzər Lənkəran" matçında israillilər üçün uğursuz hakim

Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Makkabi" - "Xəzər Lənkəran" görüşünün hakimi bəllidir. Futbolxeber.az-ın məlumatına görə, matçı sloveniyalı Slavko Vinçiç idarə edəcək. 1979-cu il, noyabrın 25-də dünyaya gələn Vunçiç 2010-cu ildən FİFA referisi adını daşıyır. FİFA-nın 2-ci kateqoriyalı hakimlər qrupuna daxildir. Vunçiçin yolu bu günə kimi təmsilçilərimizlə kəsişməyib. Əvəzində sloveniyalı referi 1 dəfə İsrailin U-17 millisinin oyununu idarə edib. 2011-ci il, 17 oktyabrda baş tutan həmin görüşdə İsrail millisi İslandiyaya 0:1 hesabı ilə uduzub. Həmin matçda Vunçiç İsrail millisinin 4 futbolçusunu sarı, 1 oyunçusunu isə qırmızı vərəqə ilə cəzalandırıb.

Xatırladaq ki, "Makkabi" - "Xəzər Lənkəran" oyunu iyulun 18-də baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30