27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elxan Məmmədov: “Məqsədə çataq, sonra mükafatdan danışarıq” (MÜSAHİBƏ)

AFFA-nın baş katibi Elxan Məmmədovun Futbolxeber.az saytına müsahibəsi

- 23 yaşadək futbolçulardan ibarət milli komandamız Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəldi. Əvvəlcə bu barədə fikirlərinizi bölüşərdiniz.

- Milli komandamız bu gün yaxşı oyun nümayiş etdirdi. Maksimum məqsədə çatırıq artıq. Bizi kubokdan cəmi 1 oyun ayırır. Üstəlik, keçirilən 4 oyunun heç birində qol buraxmamışıq. Bu da sevindirici haldır. Komandamızın hər bir üzvünün bunda rolu var. Amma qapıçı və müdafiə xəttini xüsusi qeyd etmək lazımdır.

Bu gün millimiz Əlcəzairə qarşı açıq oyun sərgilədi. Rəqibin də şansı var idi qol vurmağa. Amma yekunda inamlı qələbə qazandıq. Bütün azarkeşləri təbrik edirəm.

- Komandamıza AFFA tərəfindən də xüsusi mükafat ayrılacaq?

- Bəli, komandaya İslam Oyunlarındakı çıxışına görə AFFA tərəfindən də mükafat ayrılacaq. Amma gəlin tələsməyək. Əvvəl məqsədə çataq, sonra mükafatdan danışarıq.

- Mərakeş və Əlcəzairlə oyunlardan sonra rəqib komandanın üzvləri hakimlikdən şikayətlənirlər. Onların bu narazılığı nə dərəcədə əsaslıdır?

- Bizə heç kim yaxınlaşıb hakimlikdən narazılıq etməyib. Hətta xaricilərdən biri bu gün vurduğumuz üçüncü qolun qaydalar çərçivəsində olduğunu göstərdi.

- Bu gün milli komandamız vacib görüşə çıxsa da, tribunalarda kifayət qədər boş yer var idi. Halbuki biletlərin hamısının satıldığı deyilir. Bu məsələ ilə şəxsən maraqlanmısınız?

-  İslam Oyunlarımın Təşkilat komitəsinin meneceri ilə danışdım. Mən də 20 bilet almaq istəyirdim. Amma bütün biletlərin satıldığı deyilir. Bu halda tribunaların boş olması qəribədir. Bəlkə də bugünkü azarkeş yoxluğu vaxta görədi. Üstəlik, iş günüdür də.

- Finalda rəqib qismində Kamerunu görməık istərdiniz, yoxsa Omanı?

- Daha zəifini (gülür).

- Əsas millimiz Avstriya toplanışına nə vaxt yollanacaq?

- Ayın 20-si komanda Avstriyaya gedəcək və iyunun 5-də geri dönəcək.

- Riçard Almeyda ilə bağlı FIFA-dan cavab gəlib?

- Hələ cavab gəlməyib. Gözləyirik. Xahiş etmişik ki, bu məsələyə mümükün qədər tez baxsınlar. 4 həftə ərzində cavab olmalıdı. Bu da təxminən iyunun 5-nə qədərdir.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30