27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

AZAL fəaliyyətini dayandırdı

Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandırıb. Futbolxeber.az-ın məlumatına görə, bu, Premyer Liqada 2016/17 mövsümünü sonuncu pillədə başa vuran AZAL-dır.
 
Bu barədə klubun rəsmi saytından bəyanat yayılıb: 
 
“Futbola olan dövlət qayğısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə görülmüş tədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artmış, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilmişdir. AZAL Peşəkar Futbol Klubu da öz növbəsində yarandığı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət etmişdir. Bu məqsədlə, Klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilmiş, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunmuşdur Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır. Bu tələbləri nəzərə alaraq, Klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılmış və belə bir qərara gəlinmişdir ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli Klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur. AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaqdır. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcəkdir”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30