26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ayxan Abbasov: “Hazır idik”

Bu gün Topaz Premyer Liqasında 28-ci, son turun qarşılaşmaları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, “Zirə” səfərdə AZAL-a 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasına vəsiqə qazanıb. “AZAL Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Ayxan Abbasov qələbəni belə şərhə edib:
 
- AZAL-a və Tərlan Əhmədova uğurlar arzu edirəm. Çempionatın son matçı idi. Avrokuboklar uğrunda son ana kimi mübarizə getdi. Buna hazır idik. İstədiyimizə nail olduq. Rəhbərlik bizə hər cür şərait yaratmışdı. Onların etimadını doğrultmağa çalışdıq. Ağır oyunlar oldu. Sevinirik ki, cəmi 2 oyunda məğlub olduq. Döyüşkən komanda yaratmaq istəyirdik, buna nail olduq. Qarşımıza qoyulan məqsədə çatdıq. Hələ böyük iş görməmişik, Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq.
 
- Hazırkı büdcə avrokuboklarda uğurlu çıxış etmək üçün yetərli olacaq?
- Bu oyuna köklənmişdik. Avropa arenasında uğurlu çıxış etmək üçün daha da güclənmək lazımdı. Bunu həm də növbəti çempionata aid etmək olar. Çalışacağıq ki, yeni transferlər olsun.
 
- Ən çox hansı mövqeyə oyunçu transfer etmək istəyirsiniz?
- İlboyu komandamızda rəqabət var idi. Amma bəzi mövqelərə 2 oyunçumuzun olmasını istəyirik. Məşqçilərlə son 6 ayı analiz edib, qərara gələcəyik. Hər mövqeyə yeni oyunçu alınmasına ehtiyac var.
 
- Təmkin Xəlilzadəyə iddialı klublardan təklif var...
- Hamının Təmkindən danışması sevindiricidi. Onunla iki gündü söhbət edirəm ki, təkliflər onu aldatmasın. Bu gün ona oynamaq lazımdı. Çalışacağıq ki, komandada saxlayaq, amma son sözü özü deyəcək (Futbolinfo.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30