26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qriqorçuk: “Bu, çox gülüncdü”

Bu gün Topaz Premyer Liqasında 28-ci, son turun qarşılaşmaları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. 
 
“Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərhə edib: “Turnir cədvəli baxımından mühüm qarçılaşma deyildi. Bu gün az oynayan futbolçularımız meydanda oldu və onların nəyə qadir olduğunu gördük”.
 
Qriqorçuk bu gün Ozobiçi meydanda buraxsaydı, o, bombardir ola bilərdi. Maraqlıdı, baş məşqçi xorvatiyalı yarımmüdafiəçiyə bu şansı niyə yaratmayıb?: "Ozobiçə görə yox, komanda üçün oynayırıq. Digər tərəfdən, 11 qol hücumçu üçün çox pis göstəricidi. Hətta deyərdim ki, çox gülüncdü. Ona görə Ozobiçin meydanda olmasını istəmədim".
 
Roman İosifoviç özü üçün çıxardığı maraqlı bir statistik rəqəmdən danışıb: "Ən real, deyərdim ki, 100 faizdən də artıq istifadə etmədiyimiz qol imkanlarının sayı 142-yə bərabərdi. Elə Filip özü əldə etdiyi bu cür imkanların 1/3-dən istifadə etsəydi, bax, onda onun bombardirliyi samballı rəqəmlərlə ölçülərdi". (sport24.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30