27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”dən 10 cavabsız qol

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın U-19 komandası evdə AZAL-ı 5 cavabsız qolla məğlub edib. 26 oyundan sonra 62 xala malik sözügedən kollektiv 2-ci pillədə qərarlaşıb. 
 
Öz meydanında “Qarabağ”ı qəbul edən U-17 1 xalla kifayətlənib – 1:1. 21 qarşılaşmadan sonra 49 xala malik Şimal təmsilçisi turnir cədvəlinin 3-cü pilləsindədir. 
 
AZAL-la görüşən U-16 səfər oyununda 10 cavabsız qol vurub. 21 matç keçirən “Qəbələ” 49 xalla yarışın lideridir. U-15 “Neftçi” ilə rəqib meydanındakı matçdan bərabərliklə ayrılıb – 1:1. Komanda 19 matçda topladığı 51 xalla 1-ci pillədə qərarlaşıb. 
 
Paytaxt zonasında çıxış edən U-14 “Əlincə” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1. 18 oyunda 33 xal toplayan “Qəbələ” 4-cü sıradadır. Eyni zonada mübarizə aparan U-13 “İnter”i məğlub edib – 1:0. 18 matçda 38 xal yığan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
Qızlar Liqasında çıxış edən “Qəbələ” “Zaqatala”ya qalib gəlib - 2:1. 14 oyundan sonra 37 xala malik “qırmızı-qaralar” yarışın lideridir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30