Ölkə futbolu
10 yaşlı “Apasport”un redaktoru: “...Başımı götürüb qaçmaq istəyirdim”
Martın 5-də Azərbaycanın ilk və nüfuzlu idman portallarından biri Apasport.az-ın 10 yaşı tamam olur. Yubileyləri ərəfəsində Qol.az-ın müxbiri saytın baş redaktoru İxtiyar Əsgərovla görüşərək ondan müsahibə götürüb. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
- İlk olaraq ad gününüzü təbrik edirik. Apasport.az-ın yaranmasının 10 ili tamam oldu. Hansı hissləri keçirirsiniz?
- Təbrikə görə çox sağ olun. Əslində mən ad günümü ildə iki dəfə keçirirəm. Apasport-un yaranma günü və mənim doğum günüm. Mənim şəxsi dostlarımdan da çox saytımızın dostları var. Bizə gələn təbriklər, göstərilən diqqət məndə ruh yüksəkliyi yaradır.
- Apasport.az necə yarandı, ideya kimdən gəldi?
- 2006-cı ilin sonlarında saytı yaratmaq fikrinə düşdük. İlk kollektivimizdə Mehman Süleymanov, Elşən Məmmədov və Kənan Həsənov olub. “APA Holdinq”in prezidenti Vüsalə xanım belə bir ideyanı verərək soruşmuşdu ki, kollektiv yığa bilərsənmi, işləyə bilərikmi? Kollektiv yığıldı. Əvvəlcə mühasibatlıq ilə birlikdə balaca bir otaqda işləmişik. O vaxtlar xəbərlərimiz APA İnformasiya Agentliyinin idman bölməsində gedirdi. Daha sonra mart ayının 5-də Apasport.az ilk dəfə oxucularla görüşə gəldi
Əvvəlcə “Sport.apa.az” adıyla fəaliyyət göstərdik, daha sonra Apasport.az olaraq dəyişdirildi. Yadımfadır ki, ilk dəfə redaktor kimi 16 xəbər oxumuşdum. İnanın ki, başımı götürüb qaçmaq istəyirdim. Düşündüm ki, bu, nə işdir? Redaktor işinin çox çətin olduğunu gördüm. Ancaq əziyyətsiz iş olmur. Zamanla işlər qaydasına düşdü.
- Bir saytın 10 il ayaqda qalması, nüfuzlu idman saytlarından birinə çevrilməsi asan məsələ deyil. Bu 10 ildə hansı çətinliklərlə qarşılaşmısınız?
- Azərbaycanda az-az idman saytlarından biriyik ki, 10 il sabit çalışmışıq. Sayt işi elədir ki, əmək müqaviləsində göstərilən işin bitmə vaxtıyla işlər qurtarmır. Evə gedəndə də açıb baxmalısan xəbərlərə. Əvvəllər həftənin 6 günü işləyirdik, bazar günü isə sayt boş qalırdı. Həmin vaxtda çox adamda internet yox idi. Sonra bazar günü də işləməyə başladıq. Xaricdə bəzi yarışlar var ki, bizim vaxtla gecələr başlayır. Yəni, yatmayıb, gecənin yarısı da işləməlisən. Çətinliyimiz bu cəhətdən olub.
- Apasport-a işçi götürəndə hansı keyfiyyətlərə fikir verirsiniz?
- Bizim saytın işçilərini demək olar ki, hamı tanıyır. Yəni saytımızda jurnalistikada “bişmiş” uşaqlar çalışıb. İndiyə kimi mən işə kimisə götürəndə, bir- iki ay əvvəldən həmin şəxs barəsində təhlil aparmışam, necə biri olduğunu öyrənmişəm. Ümumiyyətlə, APA-nın yarandığı gündən işçilərin həm peşəkarlıq səviyyəsi, həm də insani keyfiyyətləri nəzərə alınır. Əgər insani keyfiyyətləri az olan biridirsə, onunla işləmək qeyri-mümkündür.
- Həyata keçirmək istədiyiniz layihələr varmı? Və buna maddi durum nə dərəcədə imkan verir?
- Bir neçə il əvvəl Komanda.az saytının baş redaktoru Rəşad Ergün saytın ad günü ilə bağlı mənə yazmışdı. Və bildirmişdi ki, qəbul etsələr də, etməslər də, Apasport-az Azərbaycanda yaranan ən böyük idman saytlarından biridir. Hazırda üzərində çalışdığımız elə böyük bir layihəmiz yoxdur. Əsas işimiz gündəlik, operativ işləmək, xəbərləri tam dəqiq çatdırmaqdır. Bir xəbərə belə təkzib vermək, mənim üçün ölümə bərabərdir. Bir il əvvəl saytda çox ciddi səhvim getmişdi və qarşı tərəf demişdi ki, təkzib verməlisən. Mən də dedim ki, təkzib versəm, həmin gün ərizə yazıb işdən çıxmalıyam. Xəbər iki saat gec getsin, amma dəqiq olsun. Bu 10 ildə hələ ki, təkzib verməmişəm. Xəbərimizin düz çıxmadığı da olub bəzən. Ancaq kiməsə şər atmaq, böhtan atmaq bizə xas xüsusiyyət deyil.
- Yəqin ki, Apasport-un şinelindən çox jurnalist çıxıb...
- Apasport-a kimsə gəlib yetişib desəm, hörmətsizlik olar. Bizə gələn işçilərin çoxu “Futbol+” məktəbinin yetirmələri olub. Məsələn, Kənan Həsənov, Mehman Süleymanov “Futbol+”dan bizə gəliblər. Bu gün Apasport-da baş redaktor mənəm, amma məndə də savadlı insanlar çalışıbdı bizdə. Mediada elə imzalar var ki, mən onların yanında müsahibə verməyə özümü hazır hiss etmirəm.
- Apasport yaranandan indiyə idman jurnalistikasında nələr dəyişib?
- Dəyişən çox şey var. Həmin vaxt digər idman növlərindən yeni bir xəbər olarsa, birinci bizdə getməli idi. Bu dəqiqə az qala hamının telefonunda internet var. Yəni, məlumat toplamaq üçün hər bir şey var. 2009-cu ildə Türkiyə millisi öz meydanında Ermənistanı qəbul edirdi və Azərbaycan bayraqları stadiona buraxılmamışdı. Həmin məsələ ilə bağlı UEFA-nın birinci vitse-prezidenti Şenes Erzikdən açıqlama almışdım. APA-nın ofisindən zəng vurub, danışdırmışdım. Bu gün hansısa jurnalist yerli futbolçunun nömrəsin tapa bilmirəm deyirsə, problem jurnalistdədir. İndi jurnalistikada çalışmaq daha asandır. Qəzetdə işlədiyim zaman gündəlik 8-9 min işarəlik xəbər hazırlamalıydım. İnternet yox, sosial şəbəkə yox. Biri var ki, bir səhifəlik yazını bir saata hazırlıyıb sayta verəsən, bir də var ki, bir gün içində o xəbər üzərində çalışıb qəzetə verəsən.
- İdman mediasının tənqidləri nəticəsində futbolda, ümumiyyətlə, idmanımızda hansı problemlər həllini tapıb?
- İndi xatırlamasam da, çox olub belə hallar. Bizdə tənqidi yazıları daha çox Şamo Quliyev və Aqşin Əliyev yazırdı. İstər futbolda, istərsə də digər idman növlərində tənqidlər öz bəhrəsini verib.
- İdman saytları arasındakı rəqabəti necə qiymətləndirirsiniz?
- Qəzet dövründəki səmimilik tam başqa idi. Ən böyük problem xəbər oğurluğudur. Elə şeylər var ki, məsələn, mən bilirəm bu xəbər mənimdi. İnsan insanın zəhmətin oğurlamaz. Hansısa xəbəri yazmaq üçün mən əziyyət çəkirəm və başqası da həmin xəbəri özəl xəbər kimi saytına qoyur. Belə şeylər adama çox təsir edir. Hamı öz işini görməlidir ki, hər şey qaydasında olsun.
- Sizcə, futbol klubları mətbuata peşəkar yanaşa bilirmi?
- İnsanlar fərqli olduğu üçün klublar da fərqlidir. Bu 10 ildə klublardan özümüzə qarşı ciddi bir hörmətsizlik görməmişəm. İlqar Quluzadə vardı o vaxt “Neftçi”də. Dmitri Kruqlovun “Neftçi”də oynadığı vaxtlar idi. Kruqlov Estoniya millisi ilə Ermənistanla oynamaq üçün İrəvana gedirdi. Biz də bununla bağlı xəbərə başlıq qoymuşduq ki, “Neftçi”nin futbolçusu İrəvanda”. İlqar Quluzadə mənə zəng edib, xəbəri çıxarmağımı istəmişdi. Təbii ki, xəbəri çıxarmadım. Belə xırda şeylər olub. Onu da qeyd edim ki, Apasport-un tanınmasında “Xəzər Lənkəran” azarkeşlərinin, oxucularının rolu böyük olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO