26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Zaur Əzizov: “İttihamlarla razı deyilik”

“Qəbələ”nin baş meneceri Zaur Əziziov AFFA İntizam Komitəsinin bugünkü iclasında ona və klubun digər rəsmi şəxsləri haqda verilən cəzalara münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, qol.az-a açıqlamasında İntizam Komitəsinin qərarlarının düzgün olmadığını deyib: “Bununla bağlı bu gün klubumuz rəsmi açıqlama yayacaq. İttihamlarla razı deyilik. Oyunun protokolunda qeyd olunanlar düzgün deyil. Buna görə də İntizam Komitəsinin qərarları ilə razılaşmırıq”.

Z.Əzizov komandanın yarımmüdafiəçisi Nika Kvekveskiriyə verilən 3 oyunluq cəza haqda klubda müzakirələr aparıldıqdan sonra fikir bildirəcəyini deyib.

Qeyd edək ki, “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlının hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub.

“Qəbələ”nin rəsmi şəxsi Səməd Nəsibovun isə hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub.

“Qəbələ”nin digər rəsmi şəxsi Səbuhi Qarayevin hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30