27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”nin zədəlilərindən şad xəbər

Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la prinsipial görüşə çıxacaq “Qəbələ”nin heyətində iki futbolçu sıraya dönüb. Futbolxeber.az-ın məlumatına görə, söhbət adaşlar – Rəşad Sadiqov və Rəşad Eyubovdan gedir.
 
Klubdan apasport.az-a bildirilib ki, Sadiqov belində ağrı hiss etdiyi üçün ötən tur “Zirə” ilə matçda komandasına kömək edə bilməmişdi. Lakin təcrübəli yarımmüdafiəçinin vəziyyəti artıq düzəlib. Həkimlər Rəşadın kollektivlə birgə məşqlərdə iştirak etməsinə icazə veriblər. Nəticədə 33 yaşlı futbolçu dünəndən etibarən komandasının hazırlıq prosesinə qatılıb. Sadiqovun “Qarabağ”a qarşı oynayıb-oynamayacağına baş məşqçi Roman Qriqorçuk qərar verəcək.
 
Uzun müddətdi zədəli olan və bu səbəbdən son oyunlarda yaşıl meydanlardan uzaq qalan Rəşad Eyubov da sıraya dönüb. Zədəsini tam sağaldan futbolçu kollektivlə birgə məşqlərdə iştirak edir. Eyubovun “Qarabağ”la matçda iştirakı üçün problem qalmayıb.
 
Qeyd edək ki, “Qəbələ”nin heyətində Rafael Santos, Vitali Vernidub, Rasim Ramaldanov, Asif Məmmədov və Elvin Camalov “Qarabağ”la oyunu buraxacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30