27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mübariz Mənsimov: "Rəqibi güclü hesab etmirdim"

"Xəzər Lənkəran"ın fəxri-prezidenti Mübariz Mənsimov "Slima" ilə oyundan sonra apasport.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Mübariz bəy, görüşün nəticəsi sizin üçün sürpriz olmadı ki?
- “Xəzər Lənkəran”ın qələbə qazanması lazım idi. Çünki mən rəqibi güclü hesab etmirdim. İdmanda şans amili də var. İnşallah, cavab matçından sonra növbəti mərhələyə biz keçərik. 

- “Xəzər Lənkəran”ın “Slima”dan aşkar güclü olması fikri ilə razısınız?
- Əlbəttə.

- Gələn il komandanızın 10 yaşı olacaq. Yubileylə əlaqədar Con Toşak kimi adlı-sanlı mütəxəssisi baş məşqçi postuna gətirdiniz. Bundan sonra məşhur futbolçuların da transfer ediləcəyi gözlənilsə də, hələlik bu baş vermədi...
- Mən Con Toşaka güvənirəm. Uelsli məşqçinin karyerası çoxlarına bəllidir. Toşakın Azərbaycana gəlməsi böyük bir şansdır. Özünüz də gördünüz. Bu gün komanda Toşakın rəhbərliyi altında rəqibdən çəkinmədi, qorxmadan mübarizə apardı. Bu, önəmli amildi.

- Belə çıxır ki, “Xəzər Lənkəran”ın çıxışı sizi qane edib... 
- Məni qane eləməyən yalnız bir məqam var. O da rəqibdən güclü olduğumuz halda qələbə qazana bilməməyimizdir. Biz hər şeydə “Slima”dan güclüyük. İstər büdcə, istərsə də digər cəhətlərdə. 

- Ola bilərmi ki, qələbəni əldən verilməsinə səbəb futbolçularda yaranan arxayınçılıq oldu?
- Mümkündü, bəlkə də rəqibi zəif hesab edib bizim futbolçularda arxayınlaşma yaranıb. Bütün bunlara baxmayaraq, Lənkərandakı qarşılaşmada mərhələ keçəcəyimizi düşünürəm. 

- Növbəti mövsüm üçün komandanızdan nə gözləyirsiniz? 
- Təbii ki, çempionluq. Gələn il komandamızın yubileyidir. Bu səbəbdən bizi yalnız qızıl medallar qane edəcək.

- Ölkə kubokunun finalında yaranan qalmaqaldan sonra haqqınızda müxtəlif fikirlər səsləndirildi...
- Bilirsiz, mən ölkə futbolunun inkişaf etdiyinə inanıram. Azərbaycan dövləti və AFFA rəhbərliyinin düzgün yolda olduğuna inanıram. Mətbuatda yazılanlara gəlincə, tutaq ki, “Neftçi”nin qapıçısı həmin oyunda özünü yaxşı aparmadı və s. bu kimi hadisələr xırda şeylərdi. Fikrimcə, “Xəzər Lənkəran” penaltilər seriyasınadək qələbəni təmin etməli idi. 

- Final matçından sonra komandanıza qarşı haqsızlıq edilməsi fikri ilə razısınız?
- Keçmişə yox, gələcəyə baxmaq lazımdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30