26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ebah: “Uğursuzluğa düçar olmağımız…”

Topaz Premyer Liqasında mövsümün qış fasiləsindən sonrakı hissəsinə “Kəpəz” yaxşı başlaya bilməyib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər” əvvəlcə “İnter”ə, daha sonra “Zirə”yə uduzub. Gəncə klubunun kamerunlu futbolçusu Julien Ebah klub saytına açıqlamasında komandanın uğursuz çıxışı haqda danışıb: 
 
"Startda belə nəticələr bizi məyus edir. Uduzmağımız təlim-məşq toplanışını Bakıda keçməyimizlə bağlı ola bilməz. Əksinə, paytaxtda yaxşı hazırlıq keçmişik. Başa düşürdük ki, çəkdiyimiz əziyyət mövsümün ikinci hissəsində uğurlu çıxış etmək üçün olduqca vacibdir. Çünki yaxşı nəticə qazanmaq üçün yaxşı da bünövrəyə ehtiyac var. Əminəm ki, hazırlıq dövründə baş məşqçimizin bütün tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişik. Odur ki, uğursuzluğa düçar olmağımız olduqca üzücüdür”.
 
Təcrübəli hücumçu komandanın düşdüyü vəziyyətdən tezliklə çıxacağına inandığını bildirib: “Bizim hədəfimiz var, ona görə də bu son iki dövrədə daha çox xal toplamalıyıq, çünki ötən il çoxlu xallar itirdik. Çempionatın əvvəlində komandaya yeni oyunçular cəlb olunmuşdu, onların adaptasiyası üçün vaxt lazım idi. Bizim səviyyəli və keyfiyyətli futbolçularımız var, “Kəpəz” güclü heyətə malikdir. Özümüzü sübut etməli, bizə göstərilən etimadı doğrultmalıyıq. Ona görə də tezliklə bu böhrandan çıxmalıyıq. Özüm və yoldaşlarım adından söz verirəm ki, qarşıdakı oyunlarda komanda üçün ən yaxşısını etməyə çalışacağıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30