26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Araz: “Neftçi”yə qol vursaydım…”

Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib.
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Ev sahibi komandanın yarımmüdafiəçisi Araz Abdullayev Qəbələ şəhər stadionundakı matçdan sonra qələbəni belə şərh edib:
 
- Oyun bizim üçün çətin başladı. Erkən qol vurmağa çalışırdıq ki, sonrakı dəqiqələrdə daha rahat olsun. Oyunda vaxt keçdikcə qol vura bilmirdik və bu da gərginlik yaradırdı. İkinci yarıda da bütün diqqətimizi qol vurmağa yönəltmişdik. Hücumların sona çatdırılması baxımından çətinlik yaşasaq da, nəhayət bizə lazım olan qolu vura bildik.
 
- Başqa komandanın formasında “Neftçi”yə qarşı oynamaq necə hissdi?
- Doğrudur, neçə illər “Neftçi”də oynamışam. Ancaq hazırda “Qəbələ”nin formasını geyinirəmsə, bu komandaya layiq çıxış etməyə çalışıram.
 
- Həyəcan vardımı?
- Həyəcan yox idi, sadəcə doğma azarkeşlər önündə daha yaxşı futbol göstərməyə çalışırdım.
 
- Qol vursaydın, bunu xüsusi canfəşanlıqla qeyd edəcəkdin?
- Xeyr, qol vursaydım, bunu xüsusi qeyd etməyəcəkdim.
 
- Yeni komandana uyğunlaşma prosesi necə gedir? 
- Bəli, adaptasiya olmuşam. Sadəcə bir az da vaxt lazımdı ki, öz oyunumu tam tapım.
 
- Roman Qriqorçuk məşqçi kimi necə təsir bağışlayır?
- Əla məşqçidi. Çalışıram ki, onun bütün tapşırıqlarını tam yerinə yetirim.
 
- Digər çalışdığın baş məşqçilərlə onun arasında hansı fərqlər var?
- Roman Qriqorçuk daha çox taktika üzərində işləyir. Meydandakı düzülüşə qədər incəliyinə kimi başa salır. Bu da mənim üçün bir az fərqli məşq metodudur.
 
- Belə bir fikirlər var ki, Araz çılğın futbolçudur...
- İnsanlar bir az fərqli şeylər düşünürlər. Ancaq mən o fikirdə deyiləm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30