Ölkə futbolu
Ozobiç: “Bütün məqsədlərim “Qəbələ” ilə əlaqəlidir”
“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç UEFA-nın rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi “Qəbələ”yə keçidi, UEFA Avropa Liqasındakı çıxışı, bu qış Xorvatiya millisinə ilk dəfə çağırılması, məqsəd və arzuları, həmçinin digər maraqlı məqamlar barədə danışıb.
Müsahibəni sizə təqdim edirik:
- İstirahətiniz necə gedir?
- Hər şey yaxşıdı. Bir neçə günlük futboldan ayrılmışam, bir az özümə vaxt sərf etmişəm, günlərimi yaxınlarımla, doğmalarımla keçirdim. Sonra fərdi məşqlərə başladım. Artıq yanvarın 7-də Çində keçirilən beynəlxalq turnirə qatılmaq üçün milli komanda ilə birgə yola düşəcəyəm. Bu turnir qurtaran kimi, “Qəbələ”nin Türkiyədəki qış təlim-məşq toplanışına qoşulacağam.
- “Qəbələ”yə gəlişiniz necə baş verdi?
- Yayda baş menecer Zaur Əzizov mənimlə əlaqə saxladı. Sonra klubun nümayəndələri mənim agentimlə danışdılar və razılığa gəldik. Azərbaycana gələnədək bu ölkə haqqında eşitmişdim, amma geniş məlumatım yox idi. Bilirdim ki, “Neftçi” 2011-ci ildə Zaqreb “Dinamo”su ilə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində görüşüb. Bundan əlavə, məlumatım var idi ki, “Qəbələ” və “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynayıblar. Hətta onların bəzi oyunlarına da baxmışam. Həmçinin, Azərbaycana səfər etməzdən əvvəl, ölkə və paytaxtı Bakı barədə internetdən geniş məlumat topladım. Hər şey mənə maraqlı və xoş gəldi.
- Qafqazda yaşamaq necədi sizin üçün?
- Azərbaycan xoşuma gəlir və onun haqqında yalnız xoş sözlər deyə bilərəm. Burada insanlar çox xeyirxahdılar və mənimlə yaxşı rəftar edirlər. Bu, mənə xoş gəlir. Bakı çox gözəl, müasir şəhərdir. Burada heç darıxmırsan, asudə vaxt üçün bütün yüksək səviyyəli imkanlar var. Sərbəst vaxt olanda dostlarla çıxıb şəhəri gəzirik, kafe və restoranlarda otururuq. Ümumiyyətlə, mehriban kollektivimiz formalaşıb və xüsusi ilə də Voislav Stankoviç, Petar Franyiç və David Pietrzkieviçlə yaxın münasibətimiz var.
- “Qəbələ”nin bu mövsümdə Avropa Liqasındakı çıxışını necə qiymətləndirirsiz? Komandanız qrupdan çıxa bilmədi. Komanda əsas mərhələyə çıxa bilsə də, bu dəfə bir xal da toplaya bilmədi.
- Əlbəttə, qrup mərhələsində xal toplamadan Avropa Liqasından ayrılmağımız çox təəssüfverici hal oldu. Amma qəbul etmək lazımdır ki, çox güclü qrupda yer almışdıq. Buna baxmayaraq, əla şanslar qazandıq və qollar da vurduq. Lakin hər dəfə heç olmasa heç-heçə etməyə yaxın olsaq da, kobud səhvlərə yol verdik. Amma yenə də eybi yox, bu dəfə alınmasa da, gələn dəfə uğur qazanarıq.
Futbolçularda psixoloji problem yox idi və indi də yoxdur. Ölkə çempionatında və kubokundakı iştirakımız uğurla davam edir. Hazırda liqada lider olan “Qarabağ”dan cəmi bir xal geridəyik. Kubok yarışında isə yarımfinaldayıq və mübarizəmizi davam etdiririk. Ona görə də, bu gün bütün diqqətimizi ölkədaxili yarışlardakı oyunlarımıza yönəltmişik.
- Necə düşünürsüz, milli komandaya çağrılmağınız karyeranızın inkişafına müsbət təsir göstərəcəkmi? Sizcə, gələcəkdə daha güclü çempionatda oynamaq şansı qazana biləcəksinizmi?
- Düzünü deyim, bu barədə heç nə düşünmürəm. “Qəbələ”yə yenicə gəlmişəm və hazırda bütün məqsədlərim bu klubla əlaqəlidir.
- Komandanızın uğurlarının böyük qismi Roman Qriqarçukun adı ilə bağlıdır. Ukraynalı mütəxəssisi necə xarakterizə edərdiz?
- Roman İosifoviç özünü çox yaxşı məşqçi kimi sübut edib. “Qəbələ”ni 2 dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib. Onu güclü mütəxəssis hesab edirəm. Ümid edirəm ki, onun rəhbərliyi altında bu il Azərbaycan çempionatında birinci yerin sahibi olacağıq.
- UEFA Çempionlar Liqasının da qrup mərhələsinə düşəcəyinizə inanırsınızmı?
- Təsnifat mərhələsində iştirak edən hər komanda qrup mərhələsinədək irəliləyə bilər. Əgər ölkənin çempionu olsaq və Çempionlar Liqasına təsnifat mərhələsindən başlasaq, əlbəttə, o zaman arzuları həyata keçirmək üçün inamımız, ümidimiz və şansımız da olacaq. “Qəbələ”nin heyətindəki bütün oyunçular güclü və yaxşı futbolçulardılar. Çempionlar Liqasında oynamağa gücümüz çatar.
- Klub haqqında başqa nə deyə bilərsiniz?
- Kollektivimizdə gözəl atmosfer mövcuddur. Hamı bir-birinə dostdur və zənnimcə bu, meydanda da hiss olunur. Daim bir məqsədimiz var – qələbə qazanmaq. Kimliyindən asılı olmayaraq qarşılaşdığımız bütün komandalar üzərində qələbə qazanmaq istəyirik. Taktikaya gəlincə, biz həm qısa, həm də uzun ötürmələrə üstünlük veririk. Bu mənada hər şey görüşün gedişindən və vəziyyətdən asılıdır.
- “Qəbələ”nin infrastrukturu barədə nə deyə bilərsiniz?
- Çox gözəl bazamız var. Böyük Avropa klublarındakı kimi, bir neçə məşq və oyun meydanlarımız mövcuddur. Yəni, şərait çox əladır. Bircə yaxşı hazırlaşmaq, meydana çıxmaq və qələbə qazanmaq qalır. Qəbələ futbol klubu olan kiçik şəhərdir və klubun sayəsində şəhər daha çox tanınacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO