26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rəhman Hacıyev: “Kimsə bizi zəif hesab etməsin”

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
 
Futbolxeber.az-ın məlumatına görə, "Zirə"nin qonağı olan "Neftçi" 3:0 hesablı qələbə qazanıb. Matçdan sonra qonaq komandanın futbolçusu Rəhman Hacıyev saytımızın da suallarını cavablandırıb:
 
- Çətin oyun oldu. Biz 2 ildən çoxdur ki, “Zirə”ni uda bilmirik. Bu kubok oyunu bizim üçün çox vacib idi. Ümidlərimizdən biri budur. Bu şansı dəyərləndirmək istəyirik. Ciddi hazırlaşmışdıq. Lakin hələ heç nə bitməyib. Bu birinci addım idi. İndi ayın 17-dəki oyuna hazırlaşacağıq.
 
- İlk oyunda 3:0 hesabı ilə qalib gəldiniz. Ikinci matçın çətin keçəcəyini düşünürsən?
- Bu, futboldur. Əlbəttə ki, ciddi hazırlaşmalıyıq. 3:0 hesabı ilə qalib gəlmək o demək deyil ki, hər şey bitib. Mən də xoşlamıram ki, kimsə bizi zəif hesab etsin. Şükürlər olsun ki, yaxşı yoldayıq. Get-gedə düzəlirik. Qarşıdakı oyun asan keçməyəcək. Biz də çalışacağıq ki, bundan da yaxşı olsun.
 
- Adətən belə qələbələr komandada özünəinamı artırır. Səncə, bu qələbə yüksəlişdə başlanğıc rolunu oynaya biləcək?
- Əlbəttə. Qələbə həməşə yaxşıdır, komandada motivasiyanı yaxşılaşdırır.
 
- Belə hesabla qələbə qazanacağınızı düşünürdünüz? Oyundan əvvəl desəydilər, qolsuz bərabərliyə razılaşardın?
- Xeyr. Buraya qələbə üçün gəlmişdik. Məşqçimiz bəzi tapşırıqlar vermişdi və onun üstündə çalışırdıq. O da bugünkü oyunda alındı.
 
- Razısan ki, bu gün “Neftçi”də hər şey alınır?
- Bəli.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30