27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Azərbaycan kuboku: 1/4 final rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bir gün ərzində 4 matç baş tutacaq.

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir. Bu 4 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

13 dekabr (çərşənbə axşamı)

“Zirə” - “Neftçi” - indiyədək görüşməyiblər

“Qarabağ” - “Sumqayıt” - 3 oyun, +3=0-0, top fərqi 9-1

İndiyədək iki dəfə yolları kəsişən komandalar bu duellər çərçivəsində 3 dəfə üz-üzə gəlib. Bütün oyunlarda qalib gələn “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırıb. Ağdmlılar ev matçlarında qol da buraxmayıb.

2011/12 1/8 final Qarabağ (Ağdam) - Sumqayıt Şəhər 3:0

2015/16 1/4 final Qarabağ (Ağdam) - Sumqayıt 2:0, 4:1

“İnter”  - “Kəpəz” - indiyədək görüşməyiblər

“Qəbələ” - AZAL - 4 oyun, +2=1-1, top fərqi 3-3

Rəqiblərin əvvəlki iki duelində 4 qarşılaşma baş tutub. İlk oyunun meydan sahibi olan tərəf sonda mərhələ adlayıb. Hər komandanın 1 dəfə mərhələ keçdiyi cütlərdə belə tendensiya var ki, ilk oyunda 2 qol vurulur, cavab matçında qəbələlilər 1:0 hesabı ilə qələbə qazanır.

2008/09 1/4 final Qəbələ - Olimpik (Bakı) 1:1, 1:0

2009/10 1/8 final Olimpik-Şüvəlan (Bakı) - Qəbələ 2:0, 0:1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30